Bakıda bu il təməldən tikilinin 17%, torpağın 15% bahalaşacağı gözlənilir

Baş səhifə

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Bakıda bu il təməldən tikilinin 17 %, torpağın 15 % bahalaşacağını gözləyir.

Modern.az xəbər verir ki, bunu açıqlaması zamanı Cəmiyyətin sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, paytaxtın daşınmaz əmlak bazarında təməldən tikililərin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin və torpaq sahələrinin qiymətlərinin artması ilə bağlı ötən ildən başlamış tendendiyanın bu il davam edəcəyi, lakin bahalaşma tempinin mərhələli şəkildə zəifləyəcəyi proqnozlaşdırılır. Ən yüksək dinamikanın təməldən tikililərdə və torpaq sahələrində qeydə alınacağı gözlənilir.

Təməldən tikililər

V.Oruc hesab edir ki, bu il Bakıda təməldən tikililərdə orta qiymət artımı 17 %, gələn il isə 18,5 % olacaq. Paytaxtın ayrı-ayrı rayonlarına gəlincə isə bahalaşmanın 2026-cı ildə Səbaildə 21,2 %, Nərimanovda 20,8 %, Yasamalda 19,6 %, Xətaidə 18,3 %, Nizamidə 17,8 %, Nəsimidə 15,6 %, Binəqədidə 14,3 %, Sabunçuda 13,7 %, Suraxanıda 13 %, Xəzərdə 11,2 %, Qaradağda 7,8 %, Pirallahıda 4 % olacağı gözlənilir.

2027-ci ildə isə artım aşağıdakı kimi olmalıdır: Səbail – 23 %, Yasamal – 21,4 %, Nərimanov – 21,6 %, Xətai – 19,1 %, Nəsimi – 17,1 %, Nizami – 17,4 %, Binəqədi – 16,9 %, Suraxanı – 15,6 %, Sabunçu – 15,3 %, Xəzər – 12,7 %, Qaradağ – 9,2 %, Pirallahı – 5 %.

Torpaq sahələri

Onun sözlərinə görə, 2025-ci ildə torpaq bazarında qiymət artımı təxminən 20 % olub. Proqnoza əsasən, 2026-cı ildə dinamika 15 %, 2027-ci ildə isə 11,5 % təşkil edəcək.

Bu il rayonlar üzrə artım belə gözlənilir: Nərimanov – 18,5 %, Yasamal – 17,4 %, Səbail – 17 %, Xətai – 16 %, Nəsimi – 15,9 %, Nizami – 15,8 %, Binəqədi – 15,2 %, Sabunçu – 14,8 %, Suraxanı – 14,2 %, Xəzər – 13,6 %, Qaradağ – 11,2 %, Pirallahı – 7 %.

Gələn il isə Nərimanovda 14,5 %, Səbaildə 14,2 %, Yasamalda 13,6 %, Nəsimidə 13,5 %, Xəzərdə 13,2 %, Xətaidə 13,0 %, Nizamidə 12 %, Binəqədidə 11,6 %, Sabunçuda 11,3 %, Suraxanıda 10,8 %, Qaradağda 7,9 %, Pirallahıda 7 % artım proqnozlaşdırılır.

Fərdi yaşayış evləri

V.Oruc deyir ki, fərdi yaşayış evləri bazarında qiymət artımı nisbətən az olacaq. 2025-ci ildə dinamika 13,5 % təşkil etdiyi halda, 2026-cı ildə 9 %, 2027-ci ildə isə 6,5 % olacağı gözlənilir.

Bu il rayonlar üzrə artım belə gözlənilir: Səbail – 16 %, Xəzər – 15,2 %, Nəsimi – 11,6 %, Nərimanov – 11 %, Yasamal – 10,8 %, Xətai – 10,5 %, Nizami – 10 %, Binəqədi – 9,4 %, Sabunçu – 8,8 %, Suraxanı – 8 %, Qaradağ – 6,8 %, Pirallahı – 5,5 %.

Gələn il isə Səbaildə 13,4 %, Xəzərdə 12,7 %, Nərimanovda 8,2 %, Yasamalda 8 %, Xətaidə 7,5 %, Sabunçuda 7,4 %, Suraxanıda 7,1 %, Nizamidə 6,8 %, Binəqədidə 6,6 %, Nəsimidə 5,9 %, Qaradağda 5,5 %, Pirallahıda 5 % artım proqnozlaşdırılır.

Qeyri-yaşayış obyektləri

Onun fikrincə, ticarət və ofis sahələrində də qiymət artımı tempi mərhələli şəkildə azalacaq. 2025-ci ildə dinamika 13,9 % olduğu halda 2026-cı ildə 11,5 %, 2027-ci ildə isə 7,8 % olacağı gözlənilir.

Bu il rayonlar üzrə artım belə gözlənilir: Səbail – 14,8 %, Nərimanov – 13,2 %, Yasamal – 13,2 %, Xətai – 12,8 %, Nəsimi – 12,3 %, Nizami – 11,8 %, Binəqədi – 10,4 %, Sabunçu – 9 %, Suraxanı – 8,6 %, Xəzər – 8 %, Qaradağ – 6,7 %, Pirallahı – 4 %.

Gələn il isə Nəsimidə 11 %, Səbaildə 10,8 %, Yasamalda 9,1 %, Nərimanovda 8,8 %, Nizamidə 8 %, Xətaidə 7,5 %, Sabunçuda 7,5 %, Suraxanıda 7,2 %, Xəzərdə 6,8 %, Binəqədidə 6,7 %, Qaradağda 6,6 %, Pirallahıda 5 % olacağı gözlənilir.

Beləliklə, bazar üzrə ümumi dinamika göstərir ki, qiymət artımı davam etsə də, temp əvvəlki illərlə müqayisədə tədricən azalır. Ən aktiv seqmentlər torpaq sahələri və təməldən tikilən layihələr olaraq qalır, investor marağı əsasən bu istiqamətlərdə cəmləşir.