Bakı.Trend:
Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində
hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 302 nəfər
saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq
hesabatında məlumat verilir.
Bildirilir ki, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni
tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil
olmasının qarşısı alınıb.

