“Fintrend” BOKT-un vəzifəli şəxsi cərimələnib

Baş səhifə
Fintrend BOKT-un vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Fintrend” MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Fintrend”in vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 000 manat cərimələnib.