Bakı. Trend:
Ademola Lukman “Atletiko”nun futbolçusu olub.
Trend xəbər verir ki, Madrid
klubu 28 yaşlı “Atalanta” hücumçusunun transferini elan edib.
Tərəflər 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıblar.
Daha əvvəl bildirilmişdi ki, keçidin məbləği 35 milyon avro
təşkil edir, həmçinin 5 milyon avro həcmində bonus ödənişləri də
nəzərdə tutulub.
Qeyd edək ki, cari A Seriyası mövsümündə nigeriyalı futbolçu 12
oyunda 2 qol vurub.

