Lekornyu: Fransanın nəhayət büdcəsi var

Baş səhifə
Lekornyu: Fransanın nəhayət büdcəsi var

Fransa Milli Assambleyası hökumətə qarşı iki etimadsızlıq səsverməsini rədd etdikdən sonra, nəhayət, fevralın 2-də ölkənin 2026-cı il büdcəsini təsdiqləyib və bununla da dörd aylıq siyasi çıxılmaz vəziyyətə son qoyub.

“Report”un Avropa bürosunun Fransa mətbuatına istinadən verdiyi məlumata görə, həm sağçı, həm də solçu radikallar hökumətin istefasını tələb ediblər.

Qanunvericilər Baş nazir Sebastyan Lekornyunun 30 yanvar cümə günü Konstitusiyanın 49.3-cü maddəsinə istinadən büdcə layihəsini üçüncü və sonuncu dəfə parlamentdən səsverməsiz keçirməsindən sonra irəli sürdüyü bu qərarı rədd ediblər.

“Fransanın nəhayət büdcəsi var”, – mətbuat Lekornyunun sözlərinə istinadən bildirib.

Büdcədə kəsirin ÜDM-in 5 %-ə endirilməsi, bəzi müəssisələr üçün vergi artımları, hərbi xərclərin artırılması (6,5 milyard avro) və sosial tədbirlər nəzərdə tutulur.

Bazar ertəsi günü keçirilən etimadsızlıq səsverməsindən əvvəl çıxış edən Lekornyu müxalifət partiyalarını – ifrat sağçı “Milli Assambleya”nı (RN) və solçu “İtaətsiz Fransa”nı (LFI) tənqid edib.

Fransa Aİ-nin təzyiqi altındadır, qaydalar ölkənin borcunun ÜDM-ə nisbətini azaltmağı tələb edir, bu da müəyyən olunmuş tavanı 60 % üstələyir və yalnız Yunanıstandan, İtaliyadan geri qalır. Bu məqsədlə büdcə qanun layihəsinə bir sıra müəssisələr üçün vergilərin artırılması daxildir ki, bu da xəzinəyə təxminən 7,3 milyard avro gətirməlidir.