Benzema “Əl-Hilal” futbol klubu ilə müqavilə imzaladı

Baş səhifə

Bakı. Trend:

Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal”
futbol klubu ilə müqavilə imzalayıb.

Trend xəbər verir ki, klubun
mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə
bağlanan müqavilənin müddəti açıqlanmayıb.




Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və
Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da “L’Equipe” qəzeti
futbolçunun maaşın azaldılması səbəbindən klubla yollarını
ayırdığını yazıb.

Karyerası ərzində “Lion” və “Real Madrid”də çıxış edən Benzema
2022-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, Fransa millisinin
heyətində 97 oyunda 37 qol vurub.