Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verdi

Baş səhifə

Bakı. Trend:

Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və
potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.




Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında
yazıb. O, Hindistanın Baş naziri Narendra Modi ilə telefonla
danışdığını deyərək bildirib ki, bu qərar hər həftə minlərlə
insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək.
Tərəflər, həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə
bağlı ticarət sazişi barədə razılığa gəliblər.