“Sabah” Premyer Liqada klub rekordunu təkrarlayıb

Baş səhifə
Sabah Premyer Liqada klub rekordunu təkrarlayıb

“Sabah” klub tarixinin rekordunu təkrarlayıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turunda gerçəkləşib.

“Zirə”ni səfərdə 3:1 hesabı ilə üstələyən “bayquşlar” çempinatda ardıcıl yeddinci qələbəsini qazanıb.

Komanda bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax”ı (4:1) məğlub edib.

“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atıb. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/2023 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.

“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.