Almaniyada tətillər nəqliyyatın işini iflic edib

Baş səhifə
Almaniyada tətillər nəqliyyatın işini iflic edib

Almaniyada ictimai nəqliyyatın işi ölkənin bir neçə federal əyalətində nəqliyyat şirkətləri işçilərinin tətilləri ilə əlaqədar iflic olub.

“Report” xəbər verir ki, bu barədə “Tagesschau” telekanalı Almaniyanın xidmət işçilərinin birləşmiş həmkarlar ittifaqı “Verdi”yə istinadən məlumat yayıb.

Nəqliyyat şirkətlərinin işçiləri iş həftəsinin qısaldılmasını və istirahət dövrlərinin uzadılmasını, həmçinin gecə vaxtı və istirahət günlərində görülən işlərə görə ödənişlərin yüksəldilməsini tələb edirlər.

Bildirilib ki, azı 16 federal əyalətdə avtobuslar və tramvaylar tətil səbəbindən məhdud qrafiklə işləyəcək. Nəqliyyatın işindəki fasilələri hava şəraiti də ağırlaşdırır.