
Bakı. Trend:
Meksika bu həftə Kubaya göndəriləcək humanitar yardım
çərçivəsində ərzaq məhsulları da təmin edəcək.
Trend xəbər verir
ki, bu barədə ölkə Prezidenti Klaudiya Şeinbaum məlumat verib.
Şeinbaum Kuba xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Eyni
zamanda o, xarici işlər nazirinə humanitar məqsədlə Kubaya neft
ixracının mümkün sanksiyalara səbəb olub-olmayacağını araşdırmağı
tapşırıb.


