
Bakı. Trend:
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta 30 milyon avro
dəyərində razılaşma ilə “Milan”a transfer olunmağa yaxındır.
Trend xəbər verir
ki, tərəflər arasında 3,5 mövsümlük müqavilə üzrə şəxsi şərtlər
artıq razılaşdırılıb.
Məlumata görə, futbolçunun agentləri transferin son tarixdən
əvvəl qısa zamanda yekunlaşması üçün danışıqları sürətləndirirlər.
Matetaya təklif olunan maaş mövsümünə 3,5 milyon avro təşkil
edir.
Bu səbəbdən hücumçunun həftəsonu “Kristal Pelas”ın oyununda
iştirak etməyəcəyi bildirilir.


