
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin maliyyə
problemləri təşkilata üzv ölkələrin üzvlük haqqı üzrə borclarını
ödəməyə məcbur edilməsi ilə həll edilə bilər.
Trend-in
məlumatına görə, Ağ Evin rəhbəri bunu “Politico” qəzetinə telefon
müsahibəsində deyib.
“Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən
hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə
məcbur etdiyim kimi”, – ABŞ Prezidenti vurğulayıb.
Tramp eyni zamanda ABŞ-nin BMT qarşısındakı öz maliyyə
öhdəliklərini ödəyib-ödəməyəcəyi məsələsinə aydınlıq
gətirməyib.


