İranın Ali Lideri bu dəfə müharibənin regional müharibəyə çevriləcəyini dedi

Baş səhifə

Bakı. Trend:

ABŞ tərəfinin bu dəfə müharibə baş verdiyi halda, bu müharibənin
regional müharibə olacağını bilməsini istəyirəm.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei
bu gün İranda İslam İnqilabının 47-ci illiyinin tədbirlərinin
başlanması ilə əlaqədar Tehranda bir qrup İran vətəndaşını qəbulu
zamanı deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi bəzən müharibədən söz açır,
təyyarə və başqa vasitələrlə gələcəyindən söz açır, bu yeni məsələ
deyil.




Xamenei deyib ki, ABŞ tərəfi dəfələrlə bütün seçimlərin masa
üzərində olması ilə bağlı fikirlər səsləndirib. Bütün seçimlər
dedikdə isə, yəni müharibə seçimi.

İranın Ali Lideri qeyd edib ki, İran tərəfi belə fikirlərdən
qorxmur, İran tərəfi müharibəni başlayan tərəf deyil və kimsəyə
zülm etmək, hər hansı ölkəyə hücum etmək istəmir. Lakin hücum etmək
istəyən tərəf qarşısında dayanacaq və hücum edəcək.

Xatırladaq ki, ötən ilin iyun ayında ABŞ İranın nüvə
obyektlərinə hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində
İranın nüvə obyektlərinin dağıdıldığı bildirilib. Qarşılığında İran
isə ABŞ-nin Qətərdəki hərbi bazasına hücum etdiyini açıqlayıb.