Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının ikinci raundu başlayır

Baş səhifə

Bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının ikinci raundu başlayır.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hələ də həll olunmamış əsas məsələ ərazi problemidir.

Onun sözlərinə görə, Moskva Donbasın bir hissəsi üzərində nəzarət tələb edir.