
Bakı. Trend:
Son illər məşğulluq imkanlarının, əməkhaqlarının, əmək
müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna
məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da
davamlı artıma şərait yaradıb.
Trend xəbər verir
ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları
üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2,3 milyard manatdan 6,5
milyard manata çatıb.


