Antalyada avtobus qəzaya uğrayıb – Ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində sərnişin avtobusu qəzaya
uğrayıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Hulusi
Şahin deyib.

Onun sözlərinə görə, qəza nəticəsində səkkiz Türkiyə vətəndaşı
həlak olub, 26 nəfər yaralanıb.




“Bu səhər, təxminən saat 10:20-də Antalyanın Döşemealtı
rayonunda avtobus döngəni keçə bilməyərək xəndəyə aşdı. Təəssüf ki,
səkkiz vətəndaşımız həlak oldu, daha 26 nəfər yaralandı”, – deyə o
bildirib.

Onun sözlərinə görə, ölənlərin şəxsiyyətlərinin
müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. O qeyd edib ki, “yaralılar arasında ağır vəziyyətdə olanlar var”.