
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində
qalib gəlmək üçün Rusiya ilə əməkdaşlıq etməkdə saxtalaşdırılan
ittihamlarla əlaqədar keçmiş ABŞ prezidenti Barak Obamanın həbs
olunmasına çağırıb.
Trend-in
məlumatına görə, bu barədə “The American Conservative” qəzeti xəbər
verib.
Məqalədə D.Trampın “Truth Social”da yazdığı bir paylaşıma
istinad edilir. Həmin paylaşımda Ağ Ev rəhbəri B.Obamanın şəxsən
Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) 2016-cı il seçkiləri ilə bağlı
yalan məlumat uydurmağı əmr etdiyini iddia edib.
Tramp bunu keçmiş prezidentin dövlət çevrilişi cəhdi adlandırıb
və buna görə məsuliyyət daşımalıdır.


