
İngiltərənin “Çelsi” komandasının sabiq baş məşqçisi Entso Mareska “Lester” klubuna qayıda bilər.
“Report” “Mirror” nəşrinə istinadən xəbər verir ki, “lülkülər” 45 yaşlı mütəxəssislə danışıqlara start verib.
İtaliyalı baş məşqçi 2023-cü ildən 2024-cü ilədək “Lester”də işdəyib. Komanda onun rəhbərliyi altında Çempionşipdə birinci yeri tutub və Premyer Liqaya vəsiqə qazanıb. “Lester” hazırda Çempionşipdə 16-cı sıradadır.
Xatırladaq ki, “Çelsi” yanvarın 1-də Mareska ilə yollarını ayırıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


