İranın Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib

Baş səhifə
İranın Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib

İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.

Bildirilib ki, partlayış səkkizmərtəbəli binada baş verib. Nəticədə iki mərtəbə, bir neçə nəqliyyat vasitəsi və mağazalar dağılıb.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Digər təfərrüatlar açıqlanmayıb.