Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Prezidenti Donald Tramp bu ilin yay aylarında Ağ Evdə
təşkil olunacaq Mütləq Döyüşçü Çempionatının (UFC) hazırlıqları ilə
bağlı bəzi təfərrüatları açıqlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Biz həqiqətən inanılmaz bir tədbir təşkil etməyi
planlaşdırırıq. Bu, ABŞ-nin 250 illiyi ilə bağlı olacaq. Bildiyiniz
kimi, UFC Ağ Evə gəlir. Onlar sözün əsl mənasında stadion inşa
edirlər. 100 mindən çox tamaşaçımız olacaq”, – deyə Tramp
bildirib.

Xatırladaq ki, Tramp iyulun 4-də Ayova ştatında keçirilən
mitinqdə Ağ Evdə UFC çempionluq döyüşünün baş tutacağını elan
etmişdi. Bu mötəbər idman turnirinin 2026-cı ildə ABŞ-da qeyd
olunacaq İstiqlal Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr
olunan America 250 adlı geniş yubiley proqramına daxil edilməsi
nəzərdə tutulur.