Bakı. Trend:
Mərakeşin şimal-şərqində bir neçə gündür davam edən güclü
yağışlar nəticəsində yaşayış evinin uçması iki nəfərin ölümü ilə
nəticələnib.
Trend xəbər verir
ki, bu barədə “Hespress” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hadisə Tuanat bölgəsində baş verib. Binanın
çökməsinə həm aramsız yağışlar, həm də tikilinin qəzalı vəziyyətdə
olması səbəb olub.
Portalın qeyd etdiyi kimi, son günlərdə güclü yağışlar
nəticəsində eyni bölgədə daha iki ev də dağılıb. Həmin hadisələr
zamanı tələfatın olub-olmaması barədə məlumat verilməyib.

