
Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası baş məşqçi postuna Sloveniyanın “Sele” klubunun “sükanı arxasında” olan Albert Riera təyin edib.
“Report” xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
A.Riera 2024-cü ildən Sloveniya təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”ı Bakıda 3:2 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


