Premyer Liqanın XVIII turunda “Qəbələ” “İmişli”yə qalib gəlib

Baş səhifə
Premyer Liqanın XVIII turunda Qəbələ İmişliyə qalib gəlib

Misli Premyer Liqasının XVIII turunda “Qəbələ” “İmişli”ni məğlub edib.

“Report” xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

“Qəbələ”nin heyətində Domi Massumo (27, 45+1, 88) het-trik edib. Qonaq komandanın futbolçusu Dioqo Almeyda (7, 61) isə iki qol vurub.

Bu nəticədən sonra xallarının sayını 14-ə yüksəldən “Qəbələ” 10-cu pilləyə yüksəlib. 18 xala malik “İmişli” isə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.