Bakı. Trend:
Papua-Yeni Qvineyanın şərq sahillərində 5,2 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosu
bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Yeni Britaniya adasından
230 km şərqdə olub. Yeraltı təkanların ovağı 87 km dərinlikdə
yerləşib.
Mümkün itki və ya dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan olunmayıb.

