SpaceX raketi daha bir qrup Starlink internet peykini orbitə çıxardı

Baş səhifə

Bakı. Trend:

“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə
dairəsi şəbəkəsinin orbital bürcünü doldurmaq üçün orbitə 25
mini-peyk buraxıb.

Trend-in məlumatına görə, bu barədə “SpaceX” şirkəti xəbər
verib.




“25 ədəd “Starlink” peykinin buraxılışı təsdiqləndi”, – deyə
bildirilib. Bu, ilin əvvəlindən bəri “Starlink” peyklərinin
səkkizinci buraxılışıdır.

Raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri
Bazasındakı “SLC-4E” buraxılış meydançasından Sakit Okean sahilləri
vaxtı ilə səhər saat 7:53-də buraxılıb.