Türkiyədə neft emalı zavodunda partlayış oldu

Baş səhifə

Bakı. Trend:

Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində neft emalı
zavodunda partlayış baş verib.

Trend-in
məlumatına görə, hadisə “Tüpraş” şirkətinin müəssisəsində qeydə
alınıb.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Zavodun ətrafında
alov və qatı tüstü görünür. Hadisə yerinə yanğınsöndürənlər və
təcili yardım briqadaları göndərilib.




İlkin məlumata görə, partlayış nəticəsində insan tələfatı
olmayıb.

Texniki baxışda olan benzin daşıyan maşın partlayıb və nəticədə
yanğın baş verib. Yanğın nəzarət altına alınıb və yanğınsöndürənlər
onu söndürməyə davam edirlər.