Tramp Putindən Kiyevə qarşı hava hücumlarını bir həftə dayandırmasını xahiş edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən
rekord dərəcədə şaxtalı hava səbəbindən Kiyevə və Ukraynanın digər
şəhərlərinə hücumları bir həftə müddətinə dayandırmasını şəxsən
xahiş etdiyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə deyib.




“Mən şəxsən prezident Putindən xahiş etdim ki, bu müddət ərzində
Kiyevi və digər şəhər və qəsəbələri bir həftə ərzində atəşə
tutmasın. Bu sadəcə soyuq hava deyil. İnanılmaz dərəcədə
soyuqlardır. Orada rekord həddə şaxtalar da var”, – deyə o
bildirib.

Tramp əlavə ki, Rusiya prezidenti “bunu etməyə razılaşıb”.