
“Liverpul”la oyun “Qarabağ” üçün dərs olacaq.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərə açıqlamasında deyib.
“Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. “Liverpul”la oyuna görə təəsüf hissi keçiririk. Ümumi götürsək, bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. “Liverpul”la matç bizə dərs olacaq”.
O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:
“Nyukasl” PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq”.
B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibətini bildirib:
“Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


