
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsini
22-ci yerdə başa vuraraq pley-offa yüksəlib.
Trend-in
xəbərinə görə, Azərbaycan çempionunun pley-offun
1/16 və 1/8 mərhələlərindəki
potensial rəqibləri məlum olub.
Belə ki, “Köhlən atlar” 1/16 final mərhələsində
Fransanın PSJ və
İngiltərənin “Nyukasl”
klublarından birinə rəqib olacaq.
Komandamız bu mərhələni adlasa, 1/8 final mərhələsində İspaniya
çempionu “Barselona” və dünya çempionu, Liqa
mərhələsində Bakıda qonaq etdiyi “Çelsi”
klublarından biri ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimi
fevralın 27-də keçiriləcək.
Əlavə edək ki, pley-off mərhələlərində komandalar arasında
ev və səfərdə keçirilməklə iki
görüş baş tutur.
Məlumat üçün bildirək ki, “Qarabağ” Liqa
mərhələsini 10 xalla 22-ci yerdə
tamamlayıb. Evdə “Kopenhagen” (2:0),
“Çelsi” (2:2), “Ayaks” (2:4),
“Ayntraxt”la (3:2) qarşılaşan region klubu
“Benfika” (3:2), “Atletik” (1:3),
“Napoli” (0:2) və “Liverpul”
(0:6) səfərinə yollanıb.
Qeyd edək ki, Liqa mərhələsində 9-24-cü yerləri
tutan komandaların mübarizə aparacağı 1/16 final mərhələsinin
püşkatma mərasimi yanvarın 30-u Bakı vaxtı ilə
saat 15:00-da başlayacaq. İlk oyunlar 17-18
fevral, cavab görüşləri isə 24-25 fevral
tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yer
alan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdə
keçirəcəklər.


