
Azərbaycanda güzgü məhsullarının idxalına olan tələbat tamamilə aradan qaldırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Azermirror” MMC-nin direktor müavini Eldəniz Allahverdiyev Prezidentin izi ilə zavoda təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, bu müəssisə fəaliyyətə başlamazdan əvvəl ölkəyə güzgülər, əsasən, Çin, Rusiya, Türkiyə və İrandan idxal olunurdu:
“Lakin yerli istehsalın qurulmasından sonra artıq bu məhsulların idxalına ehtiyac qalmayıb. Çünki “Azermirror” MMC-nin istehsal etdiyi güzgülər daxili bazarın tələbatını tam ödəyir və keyfiyyət göstəricilərinə görə xarici analoqlarla rəqabət apara bilir. Yerli istehsal həm idxaldan asılılığın azalmasına, həm də yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verib”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


