Ötən il Naxçıvanda mənşə sertifikatı verilməsi 30 % artıb

Baş səhifə
Ötən il Naxçıvanda mənşə sertifikatı verilməsi 30 % artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 468 mənşə sertifikatı verib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə, bu, 2024-cü illə müqayisədə 30 % çoxdur.

Nazir qeyd edib ki, 2025-ci ildə muxtar respublikada istehsal edilən məhsullar Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə olmaqla, ümumilikdə 13,6 milyon ABŞ dolları dəyərində ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 28,4 % çoxdur.

O qeyd edib ki, Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanları genişləndirilib, ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb: “İxracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2025-ci il ərzində ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub”.