Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Baş səhifə

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin elektrik enerjisi məsələləri üzrə köməkçisi Ömər Çaqroq ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi X-də paylaşım edib.

Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında birgə layihələrin hazırlanması yolları müzakirə edilib.