Bakı. Trend:
2023-cü ildən bəri Tasmaniya səhrasında itkin düşmüş belçikalı
turistin axtarışı zamanı insan qalıqları aşkar edilib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 31 yaşlı Kremer 26 iyun 2023-cü ildə ailəsi
tərəfindən itkin düşdüyü bildirilmişdi. Onun avtomobili Falls
avtomobil dayanacağında tapılmışdı. İtkin düşən şəxsin axtarışları
polis, SES yerüstü heyətləri, ixtisaslaşmış sürətli su xilasetmə
qrupu, dronlar və helikopterlərin iştirakı ilə aparılmışdı.
Polis bildirir ki, meşədə gəzən bir şəxs qalıqları Selin
Kremerin sonuncu dəfə görüldüyü Filosof Şəlaləsi ərazisində
tapıb.
Məhkəmə-tibbi ekspertizası hələ davam edir, lakin ilkin
araşdırmalar qalıqların insana aid olduğunu təsdiqləyib.

