
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə görüşüb.
“Report” xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
“Ceyhun Bayramovun səfəri Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq iradəni əks etdirir”, – paylaşımda qeyd olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


