Tramp Suriya Prezidenti ilə möhtəşəm danışıqlar aparıldığını bildirib

Baş səhifə
Tramp Suriya Prezidenti ilə möhtəşəm danışıqlar aparıldığını bildirib

ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd Əl Şaraa ilə möhtəşəm danışıqlar apardığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı – Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl bildirib.

“Mən Suriya Prezidenti ilə möhtəşəm söhbət apardım. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq”, – Tramp qeyd edib.

Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bəyan etmişdi ki, Vaşinqton administrasiyası artıq “Suriya Demokratik Qüvvələri”nin (SDQ, PKK terror təşkilatının qolu – red.) İŞİD-lə mübarizədə əsas rol oynamalı olduğunu hesab etmir. Onun sözlərinə görə, ABŞ ölkədə hərbi mövcudluğunu uzun müddət davam etdirməyi nəzərdə tutmur.