Bu gündən məktəblərdə qış tətili başlayır

Baş səhifə

Bakı. Trend:

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili
başlayır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,
2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini
əhatə edəcək.

Trend-in
məlumatına görə, 5 gün davam edəcək tətil məktəbəhazırlıq
qruplarına da şamil edilir.




Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət
göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın
2-sidir.