İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi

Baş səhifə

Bakı. Trend:

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Madiun şəhərindən 55 km
cənub-qərbdə olub. Təkanların ocağı 138 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.