
Bakı.Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi,
təkliflərinin dinlənilməsi məqsədilə qəbullar təşkil olunacaq.
Trend xəbər
verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər
şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi
nəzərdə tutulur.
29 yanvar 2026-cı il tarixində KOBİA-nın İdarə Heyəti sədrinin
müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan
sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən “Xaçmaz
KOB evi”ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında)
keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək
istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla
bilərlər (055 200 03 79, [email protected], Azər
Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə
koordinatoru).


