Bakıda avtomobil sexində yanğın oldu (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri
sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri
sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən
edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel
sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 5kv.m. olan gözətçi köşkünün və
sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik
avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə
park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.