Hindistanda Nipah virusuna yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Hindistanda Nipah virusuna yoluxma ilə bağlı ilk ölümcül hadisə
qeydə alınıb.

Trend xəbər verir
ki, hazırda bu xəstəliyə qarşı peyvənd mövcud deyil və virusun
ötürülmə yolları bir çox cəhətdən koronavirus infeksiyasının
yayılma mexanizmlərinə bənzəyir.




Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu
infeksiyasından ölüm göstəricisi konkret bölgədə epidemioloji
nəzarətin səviyyəsindən və tibbi xidmətin keyfiyyətindən asılı
olaraq 40 faizdən 75 faizə qədər dəyişə bilər.

Bildirilir ki, virus insanlara əsasən meyvə yarasaları ailəsinə
aid yarasalar, eləcə də donuzlar vasitəsilə ötürülür. Yoluxma
çirklənmiş qida məhsulları və insanla birbaşa təmas yolu ilə baş
verə bilər. Hazırda Nipah virusuna qarşı spesifik müalicə üsulu
mövcud deyil.