Myanmada ümumi seçkilərin üçüncü turu başlayıb

Baş səhifə

Bakı. Trend:

Myanmada bir ay davam edən ümumi seçkilərin üçüncü və sonuncu
turu başlayıb.

Trend “Associated
Press”ə istinadən xəbər verir ki, təxminən 60 şəhər və qəsəbədə
seçki məntəqələri fəaliyyətə başlayıb.




Hazırkı hərbi hökumətə rəhbərlik edən baş general Min Aunq
Hlainqin həm tərəfdarları, həm də əleyhdarları tərəfindən yeni
parlament toplandıqda prezidentlik vəzifəsini icra edəcəyi
gözlənilir.

Xatırladaq ki, Myanmada seçkilərin birinci turu ötən il dekabrın
28-də 102 şəhərdə, ikinci tur isə yanvarın 11-də 100 şəhərdə
keçirilib.