Ukrayna ilə bağlı yeni danışıqlar raundu gələn həftə baş tuta bilər

Baş səhifə

Bakı. Trend:

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni
mərhələsi gələn həftə Əbu-Dabidə keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə “Axios” qəzetinin jurnalisti
Barak Ravid Ukrayna rəsmiləri arasında olan mənbələrə istinadən “X”
sosial şəbəkəsində yazıb.




Onun sözlərinə görə, üçtərəfli danışıqlar “müsbət və
konstruktiv” olub.

Jurnalist bildirib ki, BƏƏ-nin paytaxtında növbəti danışıqlar “gələn həftə keçiriləcək”.