Ötən il Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Portuqaliyaya 430,7 milyon dollar
dəyərində bitumlu süxurlardan əldə edilmiş 803,4 min ton xam neft
və neft məhsulları ixrac olunub.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon dollar
və ya 31,8 faiz, həcm baxımından isə 201,6 min ton və ya 20,1 faiz
azdır.

Hesabat dövrü ərzində Portuqaliya Azərbaycanın ən çox neft və
neft məhsulları ixrac etdiyi ölkələrin sırasında 6-ci yer
tutub.




2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.