Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib

Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib.

“Report” xəbər verir ki, “Gəncə” evdə “Sabah”la üz-üzə gəlib.

Gəncə İdman Sarayında baş tutan A qrupunun qarşılaşmasında Bakı təmsilçisi qələbə qazanıb – 101:77.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Sumqayıt” “Ordu”nu (100:96), “Quba” “Lənkəran”ı (86:68), “Naxçıvan” “Sərhədçi”ni (65:57) məğlub edib. XIV tura yanvarın 25-də yekun vurulacaq.