“Qalatasaray” La Liqadan futbolçu transfer edir

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” Noa Lanqdan sonra daha bir futbolçunun keçidini
yekunlaşdırmaq üzrədir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano
məlumat yayıb.

İstanbul nəhəngi Yaser Asprilyanı icarəyə götürmək üçün “Jirona”
ilə razılıq əldə edib.




Müqavilədə müəyyən şərtlər daxilində işə düşəcək 23 milyon
avroluq satınalma bəndi yer alacaq. Bu, oyun sayı ilə bağlıdır.
Kolumbiyaa millisinin üzvü yaxın günlərdə Türkiyəyə gedib “Qalatasaray”la sözləşmə imzalayacaq.

Qeyd edək ki, “Jirona” Yaser Asprilyanı 2024-cü ilin yayında “Uotford”dan 18 milyon avroya transfer edib. 22 yaşlı vinger bu
mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi
matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.