“Arsenal” ingiltərəli futbolçunu icarəyə verdi

Baş səhifə

Bakı. Trend:

“Arsenal”ın futboloçusu Etan Nvaneri karyerasını Fransada davam
etdirəcək.

Trend xəbər verir ki, London
klubu ingiltərəli hücumameyilli yarımmüdafiəçini “Marsel”ə icarəyə
verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




18 yaşlı ön xətt oyunçusu mövsümün ikinci yarısını Liqa 1
təmsilçisinin heyətində keçirəcək. Klublar arasındakı anlaaşmada
satınalma bəndi yer almayıb.

Qeyd edək ki, Etan Nvaneri “Arsenal”ın yetirməsidir. İngiltərə
U-21 millisinin üzvü bu mövsüm “topçular”ın heyətində meydana
çıxdığı 12 rəsmi matçda 1 qol vurub.