2025-ci ildə hücumlar zamanı 12 sülhməramlı və 9 mülki şəxs ölüb – BMT hesabatı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT
əməkdaşı – 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülki
xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü
yaydığı hesabatda yer alıb.

Hesabatda qeyd edilir ki, buraya təşkilatın Qəzza müharibəsi
zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən
törədilən hücumların hədəfi olmayıb.




Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindən
altısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub.
Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan,
Fələstin, Keniya və Zambiyadan olanlardır.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11
BMT əməkdaşının həlak olduğu bildirilir.