
Bakı. Trend:
Qısa müddətli gündüz yuxusu belə beynin bərpa olunmasına və yeni
məlumatları daha yaxşı mənimsəməsinə kömək edir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu qənaətə Cenevrə Universiteti və
Frayburq Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları
gəliblər.
Araşdırmanın nəticələri “NeuroImage” elmi dərgisində dərc
olunub.
Alimlər müəyyən ediblər ki, gün ərzində təxminən 40–50 dəqiqəlik
yuxu aktiv gün ərzində toplanan neyron əlaqələrinin “həddən artıq
yüklənməsini” azaltmaq üçün kifayətdir.
Oyaqlıq zamanı sinir hüceyrələri arasındakı əlaqələr tədricən
güclənir ki, bu da öyrənmə üçün vacibdir. Lakin zaman keçdikcə bu
proses doyma mərhələsinə çatır və yeni məlumatları qəbul etmə
qabiliyyəti azalır.
Yuxu isə bir növ “sinaptik təmizlənmə” prosesini işə salaraq
beynin resurslarını azad edir.


