
İtaliyanın “Yuventus” klubu aşağı liqa təmsilçisi “Triestina”nın türk futbolçusu Teoman Gündüzü transfer edib.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, müqavilə 2028-ci ilədək imzalanıb, lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də “qoca sinyora”nın formasını geyinə bilər.
Futbolçu karyerasına Almaniyanın “Herta” (Berlin) klubunda başlayan 21 yaşlı Teoman Gündüz 2023-cü ildə İtaliyanın C seriyasında çıxış edən “Triestina”ya transfer olunub. Oradakı oyunu və texniki bacarığı ilə müşahidəçilərin diqqətini çəkib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


