Azərbaycan UNESCO-da Beynəlxalq Təhsil Günündə iştirak edib

Baş səhifə
Azərbaycan UNESCO-da Beynəlxalq Təhsil Günündə iştirak edib

Azərbaycan Parisdə UNESCO-nun qərargahında 2026-cı il Beynəlxalq Təhsil Günündə iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Azərbaycan nümayəndə heyəti 23 yanvar 2026-cı il tarixində UNESCO-nun qərargahında “Təhsilin birgə formalaşdırılmasında gənclərin gücü” şüarı altında keçirilən Beynəlxalq Təhsil Günü – 2026-ya həsr olunmuş tədbirlərdə iştirak edib”, – məlumatda qeyd olunub.